“Xəzər Lənkəran” klubu qapıçı Vladislav Stoyanovu transfer etmək üçün var gücü ilə çalışır. Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, cənub təmsilçisi 27 yaşlı qolkiperi heyətinə qatmaq üçün “Ludoqorets” klubuna 800 min avro təklif edib.
 
Bundan əlavə, “ağ-yaşıllar”ın Stoyanova aylıq maaş olaraq 30 min avro verəcəyi deyilir.
 
Qeyd edək ki, Bolqarıstan millisinin də üzvü olan Vladislav Stoyanov 2013-cü ildən “Ludqorets”də çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp