İtaliya millisinin sabiq müdafiəçisi, 2006-cı il üçün dünyanın ən güclü futbolçusu Fabio Kannavaro DÇ-2014 haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, çempionatın səviyyəsinin aşağı olduğunu deyib:
 
"Dünya çempionatında yaxşı futbol izlədiyimi söyləyə bilmərəm. Əksər komandalar həm hücumda, həm də müdafiədə istənilən səviyyədə oynamırlar. Ona görə də mundialda 150 qol vurulub. Başa düşürəm, Braziliyada şən və əyləncəli futbolu sevirlər. Ancaq buna yaxşı futbol demək olmaz. Çempionatın səviyyəsi aşağıdı.. Braziliya və Argentina yığmalarına gəlincə bu komandaların heyətində yalnız Messi və Neymarı fərqləndirə bilərəm".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp