AZAL-ın yeni mövsümə hazırlıq çərçivəsində ikinci mərhələyə başladığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, iyulun 2-dən başlayan yeni mərhələ məşqlərin intensiv olması ilə səciyyəvidi: gündə iki məşq baş tutur.
 
Baş məşqçi Tərlan Əhmədov yetirmələrini fiziki cəhətdən yükləməklə onların yeni mövsümə qədər tam hazır olmasına çalışır. Təxminən 2 saat davam edən hər məşqdə toplu çalışmlara da yer ayrılır. Futbolçular arasında mini-meydanda ikitərəfli oyunlar da keçirilir.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp