Seleksiya xarakterli məşqlərini davam etdirən "Rəvan” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, "aslanlar” "siftə”ni Premyer Liqa klubu ilə edəcəklər.
 
Rəqib isə AZAL-dı. Bu gün "AZAL Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.
 
Baş məşqçi Ramil Əliyev bu oyunda əsasən baxışda olan futbolçulara şans verəcək.
 
Qeyd edək ki, "Rəvan” ikinci yoxlama matçını iyulun 12-də keçirəcək. Paytaxt klubu "Sumqayıt”la üz-üzə gələcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp