Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin "Qaziantep BB” klubunun hücumçusu Vaqif Cavadov Rəhman Hacıyevin də ona komanda yoldaşı olacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az saytına danışan futbolçu bunları söyləyib:
"Bu barədə konkret heç nə deyə bilmərəm. Sadəcə olaraq, belə bir variant olduğunu bilirəm. Anlaşsalar, uğurlar arzulayaram. Rəhmanla bu barədə danışmamışam. Danışıqların nə yerdə olduğundan da xəbərsizəm".
 
Vaqif öz planlarından da danışıb: "Hər şey yaxşıdı. Öz istəyimlə getdiyim komandadı. Hazırda Bakıdayam. Bu ayın 7-də komandama qoşulacam".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp