Madrid "Real"ının gənc futbolçusu Alvaro Morata karyerasını "Yuventus"da davam etdirəcəyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ispan klubunu tərk etmək qərarına gələn hücumçu ilə bir çox Avropa klubları maraqlanırdı.
 
Lakin İtaliya mətbuatının verdiyi xəbərə görə, 21 yaşlı forvard özü bu haqda açıqlama verib. Mirko Vuçiniçin "Əl-Cəzirə"yə keçidindən sonra və Fabio Kvalyarellanın "Yuventus"dan gedə biləcəyi bir vaxtda Morata Turində oyun təcrübəsi qazanmağı düşünür.
 
Daha öncə bildirilirdi ki, Turin klubu Morataya görə 20 milyon avro ödəyə bilər. "Real" futbolçunu qaytarmaq qərarına gəlsə, 25 milyon avrosundan keçməli olacaq. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp