Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanın FİFA haqda tənqidi fikirlər səsləndirməsi başına bəla olub. Futbolinfo.az xəbər verir ki, Uruqvay millisinin forvardı Luis Suaresin italiyalı müdafiəçi Corco Kyellininin çiynini dişlədiyi üçün 4 aylıq futboldan kənarlaşdırılmasından sonra Maradona FİFA-nı sərt tənqid etmişdi.
 
Məhz bu səbəbdən ali futbol qurumu 53 yaşlı mütəxəssisə DÇ-2014-ün oyunlarını VİP-lojadan izləməyə qadağa qoyub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp