Son mövsümü titulsuz başa vuran "Xəzər Lənkəran" hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu arada cənublular daha bir futbolçu ilə heyətini gücləndirmək istəyir.
 
Əldə etdiyimiz məlumata görə bu, maliyyə problemlərinə görə "Bakı"dan ayrılmaq üzrə olan Əfran İsmayılovdu. Tərəflər arasında danışıqlar artıq yekunlaşıb. Millimizin üzvünün "Bakı"dan ayrıldıqdan sonra "ağ-yaşıllılar"ın düşərgəsində yollanması gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp