Kolumbiya millisinin futbolçusu Xames Rodriqes DÇ-2014-ün 1/4 finalında Braziliyaya məğlub (1:2) olduqları oyundan sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu çox təssüfləndiklərini qeyd edib:
 
 “Matç bitəndən sonra David Luis məni qucaqladı və yaxşı futbolçu olduğumu söylədi. Onun bu hərəkətindən sonra qürur hissi keçirdim. Kolumbiyalı azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkürümü bildirirəm. Çox məyusuq, çünki qalib gələrək dünya çempionatında mübarizəni davam etdirmək istəyirdik. Yarımfinala yüksəlmək üçün əlimizdən gələni etdik. Özümüzlə fəxr etməliyik, çünki çox güclü rəqibə qarşı oynadıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp