Braziliya millisi şokdadı. Komandanın əsas hücumçusu Neymar üçün DÇ-2014 artıq bitib. Futbolinfo.az xəbər verir ki, Kolumbiya ilə görüşün sonlarında aldığı zədəyə görə, “sambaçı” 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Xatırladaq ki, o, Xose Sunyiqa ilə toqquşmadan sonra meydanı xərəkdə tərk etməli olmuşdu.
 
Neymar üçüncü bel fəqərəsindən xəsarət alıb. Futbolçunun karyerası üçün təhlükə yaranmasa da, bərpa olunmağa 4-6 həftəlik zamana ehtiyacı olacaq. Bununla da, Neymar bir daha bu dünya çempionatında çıxış edə bilməyəcək.
 
Qeyd edək ki, Braziliya yarımfinalda Almaniya ilə üz-üzə gələcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp