Fransa millisinin hücumçusu Kərim Benzema Almaniya ilə 1/4 final matçından sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, turnirlə vidaladıqlarına görə, təəssüfləndiyini deyib:
 
“Tam gücümüzü ortaya qoyduq, lakin qol vura bilmədik. İlk hissə çətin alındı, az hücum edirdik. Fasilədən sonra daha kəsərli hücumlar qursaq da, almanların güclü qapıçısı var idi. Almaniya – dünyanın ən yaxşı yığmalarından biridi, bizim komandadan isə bundan öncə heç kim 1/4 finalda çıxış etməyib. Öz oyunumdan razı qaldım, amma, təbii ki, növbəti mərhələyə keçmək istəyirdik. Buna baxmayaraq, fəxr edə bilərik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp