Corco Kyellinini dişlədiyinə görə 4 aylıq diskvalifikasiya olunan futbolçu Luis Suares bu müddətdə həm də məşq edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, bunu FİFA rəsmən açıqlayıb. O, komandası ilə məşqə çıxa bilməyəcək.
 
O, ancaq və ancaq fərdi qaydada özü komandadan ayrı məşq edə biləcək. Buna baxmayaraq, uruqvaylı futbolçu başqa kluba transfer olunarsa, tibbi müayinədən keçə biləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp