Növbəti mövsümə və Avropa Liqasına hazırlığı Avstriyada davam etdirən Azərbaycan Kubokunun qalibi "Neftçi" ötən gün sözügedən ölkədə növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Böyükağa Hacıyev yetirmələrini bu dəfə Rumıniyanın "Botoşani" klubu ilə oyunda sınayıb.
 
Bakılıların 0:3 hesablı məğlubiyyəti ilə başa çatan maçın 70-ci dəqiqəsində qalmaqal yaranıb. Mübahisə zamanı Böyükağa Hacıyevin köməkçisi Bəxtiyar Musayev rəqib məşqçilərindən birinə şapalaq zərbəsi vurur.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp