DÇ-2014-də 1/4 final mərhələsi başa çatıb. Futbolinfo.az xəbər verir ki, Almaniya – Braziliya yarımfinal cütlüyündən sonra ötən gecə daha iki yarımfinalçının adına aydınlıq gəlib.
 
Öncə Argentina və Belçika yığmaları qarşılaşıb. Bu görüşün taleyini bir erkən qol həll edib. İquayn Argentinanı yarımfinala çıxaran qolun müəllifi olub.
 
Digər oyunda isə mundiala olduqca əla start verən Hollandiya tarixində ilk dəfə bu mərhələyə kimi irəliləmiş Kosta Rikanı sınağa çəkib. Qarşılaşmanın həm əsas, həm də əlavə vaxtında qapılara qol vurulmayıb. Buna görə də qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan Hollandiya millisi yarımfinala son vəsiqəyə sahib çıxıb.
 
Beləliklə, mundialın finalına vəsiqə uğrunda Almaniya Braziliya ilə, Hollandiya isə Argentina ilə mübarizə aparacaq.
 
DÇ-2014
1/4 final
5 iyul
 
Argentina – Belçika – 1:0
Qol: İquayn, 8.
 
Hollandiya – Kosta Rika – 0:0 (penaltilər – 4:3)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp