Avtsriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan çempionu "Qarabağ" ötən gün növbəti yoxlama matçında Çexiyanın "Viktoriya" klubunu (Plzen) 3:1 hesabı ilə məğlub edib. Futbolinfo.az xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçi köməkçisi Jiri Skala ağdamlılarla oyunu dəyərləndirib.
 
O, təmsilçimizin güclü rəqib olduğunu deyib: “Qarabağ”la oyunda komandamızdakı çatışmazlıqları daha yaxşı anlaya bildik. Rəqib sürətli və texnikalı futbol oynayan səviyyəli komandadı. Oyuna yaxşı başlasaq da, müdafiəmizdəki kobud səhvlər bizi məyus etdi. Hesab edirəm ki, bu səhvlərin üzərində çalışıb, növbəti yoxlama oyununda daha yaxşı çıxış nümayiş etdirəcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp