2013/14 mövsümünün sonunda “Xəzər Lənkəran”la yolları ayıran braziliyalı yarımmüdafiəçi Elias Ribeyro de Oliveyra özünə yeni kopmanda tapıb. Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ölkəsinin "Ponte Preta" klubu ilə anlaşıb.
 
Mənbədə qeyd olunur ki, "Atletiko Paranaense" ilə yolları ayıran Elias artıq əvvəllər də icarə əsasında çıxış etdiyi “ağ-qara”lı klubla müqavilə imzalamaq üzrədi.
 
Qeyd edək ki, Elias son mövsümün qış fasiləsində cənub təmsilçisinə keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp