Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” birinci təsnifat mərhələsindəki rəqibi "Şiroki Briyeq"ə ilk oyunda 0:2 hesabı ilə uduzaraq cütün taleyini Bosniyadadkı oyuna saxladı. Futbolinfo.az xəbər verir ki, Bosniya və Herseqovina təmsilçisi "Qəbələ" ilə cavab matçına qədər daha bir oyuna çıxacaq.
 
Sözügedən komanda sabah yerli "Velej"lə sınaq matçı keçirəcək. Görünür, "Şiroki Briyeq" tərəfi ilk oyunda sərfəli nəticə qazandıqları üçün cavab qarşılaşmasına elə ciddi yanaşmırlar.
 
Qeyd edək ki, cavab qarşılaşması iyulun 10-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp