Növbəti mövsümdə Premyer Liqada mübariz aparacaq "Araz Naxçıvan" hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, debütant transfer çalışmalarını da sürdürməkdədi.
 
Əldə etdiyimiz məlumata görə, komandanın baş məşqçisi Əsgər Abdullayev millimizin sabiq üzvlərini öz sərəncamında görmək istəyir. Belə ki, "Bakı"dan ayrılan Elvin Əliyev və son mövsümü "Qaradağ"da keçirən Ramal Hüseynov Naxçıvan təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp