Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan milli komandalarım düşərgəsi və təhsil müəssisələrinin açılış mərasimində iştirak edib. Futbolinfo.az xəbər verir ki, nazir düşərgədə bir sıra gənc futbolçularla görüşüb.
 
Görüş zamanı Ərdoğan "Qalatasaray" klubunun 18 yaşlı futbolçusuna irad bildirib. Buna səbəb Bərk Yıldızın qolunda olan döymələrdi. Ancaq buna rəğmən futbolçu nazirin iradı qəbul etməyib. Belə ki, o, "twitter" hesabında qolundakı döymələri sildirməyəcəyini bildirib.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp