"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk matçında Bosniya və Herseqovina "Şiroki Briyeq"inə məğlub (0:2) olub. Futbolinfo.az saytına danışan “qırmızı-qaralar”ın sabiq futbolçusu Rodriqes Assis evdəki məğlubiyyəti şərh edib:
 
“Düzdü, “Qəbələ”nin oyununu canlı izləyə bilmədim, amma zəif təsir bağışladılar. “Qəbələ” yaxşı imkanlara və futbolçulara malik klubdu. Ümid edirəm ki, səfərdəki oyunda əllərindən gələni edib, sərfəli nəticə qazanacaqlar. Onlar Avropa Liqasında ilk dəfə çıxış etsələr də, mərhələ adlamaq çox vacibdi”.
 
Braziliyalı yarımmüdafiəçi əyalət klubunun yeni baş məşqçisi Dorinel Muntyanu ilə bağlı da danışıb: “Yeni baş məşqçi haqqında çox danışa bilmərəm. Hər halda, rəhbərlik onu komandaya gətiribsə, deməli, nəsə planları var. Ümid edirəm ki, “Qəbələ” onunla çempionluq yaşayar”.
 
Qeyd edək ki, 2012-ci ildən “Qəbələ”də çıxış edən Assis ötən mövsümün sonu klubla yolları ayırıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp