Ötən mövsümün qış fasiləsində Bakının “İnter” klubundan ayrılan Joao Paulo özünə yeni komanda tapıb. Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi karyerasını Portuqaliya 2-ci liqasında davam etdirəcək.
 
Belə ki, 26 yaşlı müdafiəçi “Şaviş” klubu ilə 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, ötən mövsümün əvvəli “İnter”ə keçən braziliyalı futbolçu qış fasiləsində komandadan göndərilmişdi. O, “bankirlər”dən sonra ölkəsinin Sorokaba “Atletiko”suna transfer olunmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp