Almaniya millisinin baş məşqçisi Yoahim Löv Fransa ilə oyundan (1:0) sonra FİFA-nın rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, komandasının müdafiədə yaxşı oynadığını deyib:
 
“Xeyli qol vurmaq imkanımız olsa da, onlardan yalnız birini reallaşdıra bildik. Biz fransızlara oynamağa imkan vermirdik. Rəqibə boş zona buraxmırdıq.  Ardıcıl dörd dünya çempionatında yarımfinala qədər gəlmişik. Bu, böyük nailiyyətdi. İndi növbəti addımı atmalıyıq” .
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp