Seleksiya xarakterli məşqlərini davam etdirən "Rəvan” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "aslanlar”ın "siftə”si korlanıb.
 
Ramil Əliyevin yetirmələri ilk yoxlama matçında Şüvəlanda AZAL-la qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçda "təyyarəçilər" 3:0 hesabı ilə qalib gəlib. Matçda hesab "Rəvan"ın müdafiəçisi Anar Həsənovun avtoqolu ilə açılıb. Daha sonra Aydın Qasımov və Orxan Səfiyaroğlunun vurduğu qollar hesabı müəyyənləşdirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp