Son mövsümü 8-ci pillədə başa vuran AZAL bu gün növbəti yoxlama matçını keçirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" "Rəvan"la matçdan 3:0 hesablı qələbə ilə ayrılıb.
 
Tərlan Əhmədovun yetirmələri təlim-məşq toplanışının 2-ci mərhələsi üçün iyulun 16-da Türkiyəyə yola düşəcək. Bolu şəhərində keçirilən təlim-məşq toplanışı ərzində 5 yoxlama görüşü nəzərdə tutulub. Əldə etdyimiz məlumata görə hazırda Türkiyənin "Gənclərbirliyi" və "Boluspor" komandaları ilə danışıqlar aparılır. Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, AZAL türk klubları ilə qarşılaşacaq.
 
Qeyd edək ki, iyulun 28-də Türkiyə toplanışını başa vurmağı planlaşdıran AZAL buna qədər "Antalyaspor", "Girəsunspor", "Balıkəsirspor" komandaları ilə də yoxlama matçı keçirməyi planlaşdırır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp