Hollandiya millisinin baş məşqçisi Lui van Qal komandanın yarımmüdafiəçisi Uesli Sneyderin oyunundan çox təəccüblənib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis pleymeyker haqda bunları deyib:
 
"Sneyder dünya çempionatındakı çıxışı ilə məni həm təəccübləndirdi, həm də sevindirdi. O, komandanın ən təcrübəli futbolçularından biridi. Meksikaya qalib gəldiyimiz matçda onun böyük rolu oldu. Kosta-Rika ilə oyunda da qol vursa, təəccüblənmərəm. Sneyder bizim üçün önəmli futbolçudu. Son məşqlərin birində beş qol vurub".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp