Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL Bakı toplanışı çərçivəsində ikinci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" “AZAL Arena”da 1-ci divizion təmsilçisi “Rəvan”ı qəbul edib və görüşdən böyükhesablı qələbə ilə ayrılıb.
 
“Təyyarəçilər” bir həftə öncə Azərbaycan tələbələr yığması ilə oyunda olduğu kimi, rəqibini yenə 3 cavabsız qolla üstələyib. Qolları 12-ci dəqiqədə Anar Həsənov (öz qapısına), 55-ci dəqiqədə Aydın Qasımov və 78-ci dəqiqədə Orxan Səfiyaroğlu vurub.
 
Bu oyunda AZAL-ın heyəti belə olub: Ruslan Məcidov (Stanislav Namaşko, 46/Taleh Əsədov, 85), Eltun Yaqublu (Novruz Məmmədov, 46), Oskar Klyava (Adil Nağıyev, 74), Tural Nərimanov (Orxan Lalayev, 46), Xuan Fransisko Martines (Laşa Kasradze, 46), Asif Mirili (Kərim Diniyev, 65), Samir Merziç, Rəşad Abdullayev (David Rajamaşvili, 46/Elmin Çobanov, 74), Oluremi Con (Aydın Qasımov, 46/Emin Mustafayev, 85), Təmkin Xəlilzadə (Orxan Səfiyaroğlu, 46), Mateuş Staporski (Viktor İbekoyi, 65)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp