“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan və Ruslan Abışovu rənglərinə bağlayan "qırmızı-qaralar" Cavid Hüseynovu da sıralarına qatıb.
 
Ötən mövsüm "Bakı"da top qovan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Hüseynov yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.
 
9 mart 1988-ci ildə anadan olan Cavid peşəkar futbolçu karyerasına 2004-cü ildə "Turan"da  start verib. Hüseynov daha sonra MOİK, "Olimpik", "İnter", "Neftçi", "Adana Demirspor" (Türkiyə) və "Bakı" kimi klubların şərəfini qoruyub. 
 
Cavid Hüseynov Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib və 1 qola imza atıb. (klub saytı)

Maraq üçün bildirək ki, Cavid Hüseynovun "İnter"ə keçəcəyi bildirilirdi. Lakin o, son anda bölgə klubunda çıxış etməyə üstünlük verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp