İngiltərə nəhəngi "Arsenal" Aleksis Sançesin transferi ilə bağlı "Barselona"ya bir daha müraciət edib. Futbolinfo.az xəbər verir ki, BBC katalon klubun forvardı 32 milyon avro müqabilində satmağa hazır olduğunu iddia edib.
 
Sançes özü də "topçular"ın heyətində oynamağın əleyhinə deyil. Ancaq transferin "Barsa"nın Suaresin keçidini rəsmiləşdirməsinin ardından reallaşacağı gözlənilir.
 
Daha öncə "Arsenal"ın Sançeslə müqavilənin şəxsi məsələlərində razılığa gəldiyi barədə xəbərlər yayılmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp