Yeni mövsümün hazırlığı üçün ilk olaraq Türkiyənin Ərzurum vilayətində toplaşan “Xəzər Lənkəran” hazırlığın ilk mərhələsini başa vurdu. Futbolinfo.az xəbər verir ki, iyun ayının 23-dən etibarən qardaş ölkədə toplanışını davam etdirən komanda ötən gün hazırlığın ikinci mərhələsi üçün məskunlaşdığı oteli tərk edib.
 
“Xəzər Lənkəran” Ərzurum-İstanbul-Zaqreb aviareysi ilə Xorvatiyaya yetişib oradan avtobusla Sloveniyaya yola düşərək Toplise yaxınlığındakı 5 ulduzlu “Livada Prestij” otelində məskunlaşıb. Hazırlığının ilk mərhələsində, Ərzurum toplanışında əsasən fiziki hazırlıq üzərində çalışan komanda Sloveniya toplanışında taktiki hazırlığa daha çox önəm verəcək və 4 yoxlama oyununa çıxacaq.
 
Qeyd edək ki, Sloveniya toplanışının iyul ayının 29-na qədər davam etməsi planlaşdırılıb. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp