Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ" bu yarışa uğurlu başlamadı. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" evdə oynadığı ilk matçda Bosniya və Herseqovina təmsilçisi "Şiroki "Briyeq"ə 0:2 hesabı ilə məğlub oldu.
 
Əyalət təmsilçisi növbəti tura vəsiqə qazanmaq üçün cavab qarşılaşmasında qapısını toxunulmaz saxlamaqla yanaşı, 2 top vurub, ən azından oyunu əlavə vaxta daşımalıdı. "Qəbələ" artıq cavab qarşılaşması üçün bu gün Bosniyaya yola düşəcək. Komanda saat 19:00-da Avstriyanın paytaxtı Vyanaya, oradan isə Sarayevo şəhərinə yola düşəcək.
 
Qeyd edək ki, cavab qarşılaşması iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp