Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu yeni mövsüm öncəsi daha bir itki ilə üzləşib.
 
Komandanın gənc futbolçusu Tural Rzayev məşq zamanı zədələnib. O, bir müddət istirahət etməli olacaq. Komandanın kapitanı Rəşad Sadıqovun durumu isə tədricən yaxşılığa doğru irəliləyir. Təcrübəli müdafiəçi artıq komanda ilə birgə məşqlərə də başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp