İspaniya nəhəngi "Real"ın (Madrid) üzvü Anhel Di Mariyaya görə təkliflər gəlməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, AS qəzeti “Mançester Yunayted" və PSJ-nin argentinalı yarımmüdafiəçi üçün 60 milyon avro ödəməyə hazır olduğunu iddia edib.
"Arsenal", "Mançester Siti" və "Monako" isə Di Mariyaya görə maksimum 50 milyon avro ödəmək iqtidarındadı.
 
Lakin baş məşqçi Karlo Ançelotti futbolçunun komandadan ayrılmasını istəmir. Ancaq digər tərəfdən Di Mariyanın 60 milyon avroya satılması və məbləğin Ceyms Rodriqes transferinə yönəldilməsi variantı italyan mütəxəssisin fikrini dəyişdirə bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp