Son mövsümü 8-ci pillədə başa vuran AZAL növbəti mövsümün hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Şüvəlanda hazırlaşan "təyyarəçilər"in düşərgəsinə bir neçə legioner baxışa dəvət olunmuşdu.
 
Növbəti mövsümdə iddialı komanda qurmağı planlaşdıran komandanın baş məşqçisi Tərlan Əhmədov yerli futbolçularla bağlı artıq qərarını verib. Əhmədov bundan sonra mövqelərdə olan boşluqları legioner futbolçularla doldurmaq niyyətindədi. Bunun üçün baxışa legioner futbolçular dəvət olunsa da, onların çıxışı Əhmədovu qane etməyib. Belə ki, baxışda olan gürcü David Rajamaşvili ilə yanaşı, polşalı Mateuş Stąporski də baş məşqçinin müsbət rəyini qazana bilməyib. Bunun üçün sözügedən futbolçular geriyə göndərilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp