"Barselona" yenidən PSJ-nin müdafiəçisi Tyaqo Silva üçün hərəkətə keçib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçunun transferi ilə bağlı tərəflərin yenidən danışıqlar masasına oturduğu bildirilir.
 
DÇ-2014-ün bitməsinin ardından keçidin elan olunma ehtimalları heç də az deyil. İddialara görə, transferin dəyəri 50 milyon avro olacaq.
 
Karles Puyolun karyerasını bitirməsindən sonra “Barselona”da stopper mövqesində altenativ qalmadığından katalonlar bu addımı atmaq məcburiyyətində qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp