Bakı “İnter”inin futbolçusu Matiya Spiçiç Azərbaycanla bağlı maraqlı açıqlamalar verirb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan xorvatiyalı “bankirlər”ə keçidini belə şərh edib:
 
“Əvvəllər məndə belə bir ümid olub ki, bir gün Azərbaycanda futbol oynayacağam. Əvvəllər şübhəli idim. Amma sora Bakıya getdim və düşündüyümdən də fərqli Azərbaycan gördüm”.
 
Təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlı da danışıb: “Burada hər klubun başında bir multimilyoner var. Dövlət futbola investisya qoymağı məcburi hala gətirib. Azərbaycan Beynəlxalq Bankı bizə sponsorluq edir. “Neftçi”nin sponsoru böyük neft şirkətidi (SOCAR). “Xəzər Lənkəran”ın sahibinin tankerləri var. Buraya çoxlu legionerlər gəlir. Çünki Azərbaycan klublarında maliyyə, ödəniş cəhətdən problem yoxdu. Amma Qərbdə orta səviyyəli klublarda belə problemlər var. Buraya səviyyəli klublarda çıxış etmiş legionerlər gəlir. Misal üçün Reynaldonu deyə bilərəm ki, vaxtilə “Anderlext”də çıxış edib. O, Azərbaycanda çempionatda ən məhsuldar oyunçu oldu. “Bakı” klubunda çıxış edən Ruben Qonzales vaxtilə “Real” (Madrid), “Osasuna” kimi komandaların formasını geyinib. Burada çıxış edən futbolçu ildə 800 min, 1 milyon avro civarında qazana bilir”.
 
O, ölkəmizda idmana yatırımı da müsbət dəyərləndirib: “Ümumiyyətlə, burada idmanın digər növlərinə də investisya qoyulur, müxtəlif beynəlxalq turnirlər keçirilir. Gələn il Bakıda Avropa Oyunları, “Formula 1” yarışları keçiriləcək. 17 yaşadək qızlardan ibarət milli komandaların dünya çempionatı burada keçirildi. Müasir Bakı Dubaya Bənzəyir. Burada məşhur investorlardan biri də Hafiz Məmmədovdu. O, “Bakı” kubunun rəhbəridi və Madrid “Atletiko”suna sponsorluq edir. Həmçinin Məmmədov Fransa “Lans”ına da rəhbərlik edir və bu yaxınlarda İngiltərənin “Şeffild Uensdey” klubunu təxminən 50 milyon avroya aldı. O, “River Pleyt” (Argentina) klubunu da almaq istəyir”.
 
Spiçiç  Berti Foqtsun onu Azərbaycan milli komandasına dəvət etmək istədiyini deyib: “Bu barədə 2 ay əvvəl eşitmişəm. Komanda yoldaşlarım da bu məsələ ilə bağlı mənimlə zarafatlaşırdı. Foqtsun bu barədə “İnter”in baş məşqçisi ilə söhbət etdiyini də bilirəm. Təbbi ki, bu, böyük şərəfdi. Amma gərək düşünüm. Axı milli komandalarda çıxış etmək hər bir futbolçunun arzusudu. Əlbəttə ki, ilk növbədə Xorvatiya millisində çıxış etmək istəyərdim. Axı millimizin 15-dən 21 yaşadək komandalarında oynamışam”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp