DÇ-2014-ün 1/4 finalında Belçika ilə görüşdə zədələnmiş Argentina yığmasının futbolçusu Anhel Di Mariya haqda şad xəbər gəlib. Futbolinfo.az xəbər verir ki, oyunçunun müalicəsi müsbət şəkildə davam edir.
 
AS dərgisinin verdiyi xəbərə görə, təcrübəli futbolçu finala qədər hazır olmaq üçün xüsusi metodlarla müalicə olunur. O, Hollandiya ilə yarımfinal görüşündə forma geyə biləcək.
 
26 yaşlı yarımmüdafiəçi sağ belinin ikibaşlı əzələsindən zədə almışdı. İlkin versiyalara görə, Di Mariyanın bir daha dünya çempionatında oynamayacağı qeyd edilirdi.
Shares: