Braziliya millisinin qolçusu Neymarın DÇ-2104-ün yarımfinalı çərçivəsində Almaniya ilə oyuna çıxmayacağı bir daha açıqlanıb. Futbolinfo.az xəbər verir ki, yığmanın baş həkimi bu haqda məlumat verib.
 
O, hücumçunun ağrıkəsici iynə hesabına matçda oynayacağı ilə bağlı xəbərləri təkzib edib. Həkim deyib ki, Neymarın müalicəsi üçün alternativ variantlar tətbiq olunmayacaq. Forvard 4-6 həftə futbol oynaya bilməyəcək.
 
Başqa sözlə, onun üçün mundial bitib. 
Shares: