Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" birinci təsnifat mərhələsini adlamaq üçün əla imkan əldə edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər" Moldova təmsilçisi "Tiraspol"la səfər matçında meydandan 3:2 hesabı ilə qalib ayrılıb.
Kaxaber Sxadadzenin yetirmələri iyulun 10-da cütün müqəddarartını həll etməlidi. Əldə etdiyimiz məlumata görə, Moldova təmsilçisi iyulun 9-da Bakıda olacaq. Tiraspolda sərnişinlər üçün hava limanı olmadığından moldovanlar Kişinyov-İstanbul-Bakı reysindən istifadə edəcək. İyulun 9-da paytaxtımızda olacaq qonaqlar oyundan bir gün öncə 21:00-da məşq etməyi planlaşdırır.
Qeyd edək ki, 21:00-da başlayacaq qarşılaşmanı Kiprdən olan hakimlər idarə edəcəklər. Baş hakim Marios Panayi olacaq. Baş hakimin köməkçiləri Xaralambos Xaralambus və Stelios Nikitadı. Dördüncü hakim funksiyasını isə İoannis Anastasiu yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru isə Belarusdan olan Aleh Çikun təyin olunub.