"Barselona" rəhbərliyi Pedro Rodriqesi heyətində saxlamaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Arsenal”, “Liverpul” və PSJ maraqlansa da, baş məşqçi Luis Enrike onun satılmasına veto qoyub.
Qeyd edək ki, futbolçu özü də “Barselona”dakı gələcəyinə aydınlıq gətirmək istəyir.Luis Suaresin alınacağı və Delofeunun icarədən qayıtmasından sonra əsas heyətə düşə bilməyəcəyi Pedronu narahat etdiyindən oyunçu daha əvvəl gələn təklifləri dəyərləndirəcəyini demşdi.