Əlcəzair yığmasının baş məşqçisi Vahid Halilociç istefa verib. Futbolinfo.az xəbər verir ki, bosniyalı mütəxəssis postunu tərk etmə səbəbi kimi DÇ-2014-də mübarizəni dayandırmasını göstərib.
Əlcəzair Futbol Federasiyasının (ƏFF) rəsmi saytı da bunu təsdiq edib. Mütəxəssis bütün rəhbərliyə futbolçulara və məşqçilər korpusuna öz minnətarlığını bildirib.
Qeyd edək ki, Halilociç 2011-ci ildən Əlcəzair yığmasını çalışdırırdı.Onun rəhbərliyi altında komanda dünya çempionatının 1/8 finalında Almaniyay 1:2 hesabı ilə məğlub olmuşdu.