"Qalatasaray"la anlaşan italyan məşqçi Çezera Prandelli yaxın günlərdə İstanbula gələcək. Futbolinfo.az xəbər verir ki, “Cim-Bom” DÇ-2014-dəki uğursuz çıxışdan sonra İtaliya millisindəki postunu tərk edən çalışdırıcı ilə 2 illik razılıq əldə edib. Baş məşqçinin illik gəliri isə 1 milyon 750 min avro olacaq.
Çalışdırıcı “Qalatasaray” rəhbərliyinə artıq ilk transfer hədəfini də bildirib. O, “Sautqempton”un hücumçusu Pablo Osvaldonun alınmasını istəyib.
Osvaldo ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib.