"Bakı"nın vəziyyəti ağır olaraq qalır. Futbolinfo.az xəbər verir ki, klubda maliyyə problemlərinin yaranması komandanın daha bir aparıcı üzvünü itirməsi ilə nəticələnib.
 
Gözlənildiyi kimi, futbol üzrə Azərbaycan millisinin hücumçusu Rauf Əliyev "Bakı"dan ayrılıb. O, Cavid Hüseynov kimi bütün məsələrdə razılaşaraq komandanı azad agent statusunda tərk edib. Ancaq bu Əliyevə elə də ucuz başa  gəlmiyib. Belə ki, "Bakı" tərəfindən ona veriləcək 250 min dollar pulun qarşılığında futbolçu müqaviləsinə xitam verilməsini istəyib. Bununla razılaşan klub rəhbərliyi Raufa azad agent statusu verib.
 
Qeyd edək ki, Rauf Əliyev "Bakı"ya "Qarabağ"dan transfer olunmuşdu. Onun yeni komandası tezliklə bilinəcək. Böyük ehtimalla, millimizin üzvü "Xəzər Lənkəran"a keçəcək. Amma başqa klublara keçmək variantı da istisna olunmur.
Shares: