“Rəvan”la yollarını ayıran nigeriyalı hücumçu Oke Akpoveta yeni komanda axtarışındadı. Futbolinfo.az Nigeriya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bir neçə gün öncə Danimarka 1-ci divizionunda çıxış edən “Viborq” klubuna baxışa dəvət olunub.
 
Gənc forvardı yoxlanışdan keçirən “yaşıllar” hələ ki, ona müqavilə təklif etməyiblər.
 
Mənbədə qeyd olunur ki, Akpoveta hazırda İsveç, Türkiyə və Azərbaycan klubları ilə də əlaqədə olsa da, onun fikiri Skandinaviya komandası ilə anlaşmaqdı.
 
Qeyd edək ki, forvard son mövsümün qış fasiləsində Bakı klubuna keçmişdi. Premyer Liqada 11 oyuna çıxan nigeriyalı ancaq 1 dəfə fərqlənə bilmişdi.
Shares: