Kolumbiya millisinin qapıçısı Fərid Mondraqon karyerasını rəsmən bitirdiyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, dünya çempionatları tarixinin ən yaşlı futbolçusu yeni mövsümdən etibarən heç bir klubda çıxış etməyəcəyini bildirib.
Mondraqon futboldan getdiyini Kolumbiyanın DÇ-2014-də mübarizəni dayandırmasından sonra elan edib: “Braziliya ilə oyun mənim üçün futbolçu kimi çıxdığım sonuncu stadion oldu. Allahdan başqa heç nə diləyə bilmərəm. 24 illik karyeram ərzində ən yaxşı komandada, döyüşkən qardaşlığın bir hissəsi olaraq idman karyerama son qoyuram”.
Xatırladaq ki, Mondraqon iyunun 24-də Yaponiya ilə matçda düz 43 yaşında meydana çıxaraq mundiallarda oynayan ən yaşlı futbolçu rekordunu təzələmişdi.