DÇ-2014-ün yarımfinalçısı Braziliya Neymardan sonra daha bir hücumçusunu itirmək təhlükəsi ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Villian məşq zamanı zədələnib.
 
Hücumçu məşqdə komanda yoldaşı Ernaneslə toqquşaraq kürəyindən xəsarət alıb. Bundan sonra o, məşqi yarımçıq tərk etməli olub. Əgər Villian Almaniya ilə yarımfinala kimi sağalmasa, onu Bernard əvəz edəcək.
 
Xatırladaq ki, komandanın lideri Neymar Kolumbiya ilə oyunda zədələnərək DÇ-2014-ü erkən başa vurmuşdu.
Shares: