Ötən il “Xəzər Lənkəran”dan göndərilən braziliyalı futbolçu Eder Bonfim Rumıniyada özünə yeni klub axtarır. Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi yaxın günlərdə arzusuna çata bilər.
Mənbədə qeyd olunur ki, Bonfim yaxın bir neçə gün ərzində Rumıniya futbolunun canlı əfsanəsi George Hacinin sahibi olduğu “Vitorul” klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 2011-ci ildən “Xəzər Lənkəran”da çıxış etmiş Eder Bonfim ötən ilin iyul ayında evdə “Maccabi” (Hayfa) klubuna 0:8 hesablı məğlubiyyətdən sonra komandadan qovulmuşdu. O, cənub təmsilçisindən ayrıldıqdan sonra heç bir komandada çıxış etməyib.