"Real Sosyedad" və Çili millisinin qapıçısı Klaudio Bravonun "Barselona"ya transferi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, o, “Nou Kamp”a yollanaraq imza mərasimində iştirak edib.
 
Bu haqda xəbəri katalon klubunun rəsmi saytı yayıb. Transfer "Barsa”ya 12 milyon avroya başa gəlib. Bravonun sərbəst qalma məbləği isə 40 milyon avro təşkil edir.
 
Çilili qapıçının müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Tibbi yoxlanışdan uğurla keçən Bravo 2018-ci ilədək nəzərdə tutulan sözləşməyə qol çəkib.
Shares: