AZAL hazırlıqlarına davam edir. Futbolinfo.az xəbər verir ki, iyulun 5-də “Rəvan”la yoldaşlıq oyununda (3:0) qüvvəsini sınayan komanda sonrakı gün trenajor-zalda hazırlaşmışdısa, ötən gün yenidən meydan məşqləri bərpa olunub.
Axşam məşqində futbolçular həm fiziki, həm də taktiki-texniki təmrinlər üzərində işləyib. Məşqin sonunda kiçik meydanda ikitərəfli oyun da keçirilib. (klub saytı)