Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Rəhman Hacıyev də yeni mövsümdən Türkiyənin PTT 1-ci Liqasında çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı xavbek qardaş ölkənin "Qaziantep BB" klubu ilə müqavilə imzalayıb.
Tərəflər 1 illik müqaviləyə qol çəkiblər.
Qeyd edək ki, "Qaziantep BB" bundan öncə Azərbaycan yığmasının iki üzvünü heyətinə qatmışdı. Bunlardan biri "İnter"dən ayrılan hücumçu Vaqif Cavadov, digəri isə müdafiəçi Ufuk Budakdı.
Onu da xatırladaq ki, müqavilə ilə "Bakı"ya məxsus olan Hacıyev son mövsümü icarə əsasında "Sumqayıt"da keçirmişdi.