Son mövsümün bürünc mükafatçısı "Qəbələ" Avropa Liqasında ilk təsnifat mərhələsində "Şiroki Briyeq"lə qarşılaşacağı cavab oyununun hakimini tanıyıb. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Bosniya və Herseqovinada slovakiyalı hakimin ədalətinə güvənəcək.
Qarşılaşmanı Vladimir Vnuk idarə edəcək. FİFA referisinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Qeyd edək ki, Qəbələdə keçirilən ilk qarşılaşmada Bosniya təmsilçisi meydandan 2:0 hesabı ilə qalib ayrılmışdı.